QALA NEWS

28 Mart Cümə axşamı

Bakı 8˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 30 Jun 2022, 12:31
Rusiya qoşunları Ukraynanın İlan adasını tərk edib

Rusiya qoşunları Ukraynanın İlan adasını tərk edib.

 Qalanews xəbər verir ki, bu barədə Ukraynanın “Cənub” əməliyyat komandanlığı məlumat yayıb.

“Gecə saatlarında raket və artilleriya bölmələrimizin uğurlu hərbi əməliyyatı nəticəsində düşmən iki sürətli qayıqla qarnizonun qalıqlarını tələm-tələsik təxliyə edib və ehtimal ki, adanı tərk edib. Hazırda adada yanğındır və partlayış səsləri eşidilir. Əməliyyatın yekun nəticələri araşdırılır”, - komandanlıq bildirib.

Xatırladaq ki, İlan adası uğrunda döyüşlər fevralın 24-də - müharibənin ilk saatlarında başlayıb. Eyni gün saat 22:00-da rəsmi Kiyev adanın işğal edildiyini açıqlayıb. Adanı qoruyan hərbçilərin öldüyünə dair məlumat yayılsa da, sonradan onların əsir düşdüyü məlum olub.

Aprelin 13-də adanın ələ keçirilməsində mühüm rol oynayan Rusiyanın “Moskva” raket kreyseri Ukrayna Silahlı Qüvvələri tərəfindən məhv edilərək batırılıb. Bundan başqa, ada “Bayraktar” TB-2 PUA-larının daimi bombardımanı altında qalıb.




Baxış sayı: 235



OXŞAR XƏBƏRLƏR