QALA NEWS

20 Aprel Şənbə

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 29 Jun 2022, 12:36
Mirismayılın köməyinizə ehtiyacı var - Əməliyyat olunmasa həyatını itirəcək...FOTOLAR

Balaca Mirismayılın sizin dəstəyinizə ehtiyacı var. 

Bu barədə Qalanews-a uşağın atası Mirvaleh Ağalarov məlumat verib. 

Uşağın atası deyir ki, oğlu Bakıda düzgün əməliyyat olunmadığı üçün sol gözündə ciddi problem yaranıb:

“Mirismayıl 2017-ci ildə anadan olub. Gözündə şiş yaranmışdı. Bakıda həkimlərə apardıq, dedilər əməliyyat olunmalıdır. Əməliyyatla kiçik şişi götürdülər. Şiş yoxlanıldı və xərçəngin ən ağır növü olduğu deyildi. Oğlumun dörd yaşı var, kimyəvi terapiya olunsun dedilər. Bir dəfə yanlış diaqnoz qoyuldu deyə, qorxdum, inanmadım. İndi uşağın vəziyyəti ağırlaşıb. Sonuncu dəfə xaricdən gələn həkimlər yoxladı və məlum oldu ki, bu anadangəlmə qüsurdur. Heç onkoloji xəstəlik deyilmiş. Gözündə əlavə bir damar var, o yandırılmalıdır. Bu əməliyyat üçün ölkəmizdə cihaz olmadığı üçün həkimlər Türkiyəni məsləhət gördü. 

Xalqın dəstəyi ilə oğlum Türkiyədə əməliyyat olundu. İndi isə o yenidən, yəni üçüncü dəfə əməliyyata girməlidir. İstəmirəm uşağım gözünü itirsin. Maddi vəziyyətim bu əməliyyatı qarşılamağa imkan vermir. Xahiş edirəm imkanlı, xeyriyyəçi şəxslərdən oğluma sağlamlığına qovuşması üçün kömək etsinlər. Hazırda oğlumun yenidən öz sağlamlığına qovuşması üçün 3500 dollar (6 min manat) civarında pul lazımdır”.

Əlaqə nömrəsi: 055 757 52 42 (Mirvaleh Ağalarov)

Hesab nömrələri Kapital Bank: 4169 7413 2718 8692  - 1)

                                                  4169 7387 5440 6092 - 2)





Baxış sayı: 383



OXŞAR XƏBƏRLƏR