QALA NEWS

25 Aprel Cümə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 29 Jun 2022, 11:51
Kökəlmək istəmirsinizsə, üç məhsula YOX DEYİN!

Yayda kökəlməmək üçün duz, qazlı içkilər və qəhvə qəbulunu məhdudlaşdırmaq məsləhət görülür.

Qalanews "Vm.ru"ya istinadən verir ki, bu barədə plastik cərrah Liya Qavaşeli danışıb. O, bildirib ki, fast-food, yarımfabrikatlar və şirniyyatlar bütün il boyu məhdudlaşdırılması tövsiyə edilməyən məhsulların siyahısına daxildir.

Həkimin sözlərinə görə, duz susuzluğa və şişkinliyə gətirib çıxarır, eyni zamanda çəki artımına da təsir edir. Tərkibində yüksək şəkər olan qazlı içkilər istidə susuzluğu effektiv şəkildə yatırmır, bu da sizi şəkərli mayeləri daha çox qəbul etməyə məcbur edir. Nəticədə, çəki artımına səbəb olur.

Qavaşeli həmçinin yayda liflə zəngin daha yüngül qidalara - mövsümi tərəvəz və meyvələrə keçməyi məsləhət görür. Bununla belə, ət və karbohidratlardan tamamilə imtina etməməlisiniz. Mütəxəssisin sözlərinə görə, yayda orqanizmin zülallara olan ehtiyacı gündəlik qida rasionunun 50-55%-ni təşkil edir. Üstəlik, onlar həm bitki, həm də heyvan mənşəli ola bilər. Yağlar isə təxminən 20-23% istehlak edilməli, karbohidratların miqdarı isə 20%-dən çox olmamalıdır və onları mövsümi meyvələrdən almaq daha yaxşıdır.

"Bununla əlaqədar mən yayda yalnız naharda sürətli karbohidratlar yeməyi, şam yeməyində isə tərəvəz salatları, qaynadılmış tərəvəzlə zülallı qidalar hazırlamağı məsləhət görürəm. Bu, lazımi mikroelementlərin və qida maddələrinin balansını qoruyacaq və artıq çəki yığılmağa başlamayacaq", - Qavaşeli qeyd edib.




Baxış sayı: 378



OXŞAR XƏBƏRLƏR