QALA NEWS

23 Aprel Çərşənbə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 28 Jun 2022, 15:57
Türkiyə Quru Qoşunlarının yaradılmasından 2231 il ötür

“NATO, BMT, Avropa İttifaqı daxilində və ikitərəfli münasibətlər çərçivəsində Azərbaycan, Liviya, Kosova, Bosniya və Hersoqovina, Qətər, Somali kimi dost, qardaş və müttəfiq ölkələrdə uğurla fəaliyyət göstərən Quru Qoşunlarımız tariximizə, mədəniyyətimizə və babalarımızın mirasına yaraşan formada beynəlxalq sülh və sabitliyə töhfə verir, eyni zamanda, təlim və təhsillərinə davam edirlər”.

Qalanews xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin ölkənin Quru Qoşunlarının yaradılmasının 2231-ci ildönümü münasibətilə yaydığı bəyanatda bildirilib.

“Ordu millət” məhfumunun ən gözəl nümunələrindən biri olan Quru Qoşunlarımız bu günə qədər olduğu kimi, bundan sonra da ona veriləcək hər cür vəzifəni milli, mənəvi və peşə dəyərlərindən aldığı ilhamla uğurla yerinə yetirəcəyinə və millətimizin qurur mənbəyi olacağına inanırıq”, - nazirlikdən qeyd olunub.

Qeyd edək ki, Türkiyədə Quru Qoşunlarının yaranması Hun imperiyasının dövrünə təsadüf edir. Qardaş ölkənin Quru Qoşunlarının tarixi eramızdan əvvəl 209-cu ildən hesablanır.




Baxış sayı: 293



OXŞAR XƏBƏRLƏR