QALA NEWS

20 Aprel Şənbə

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 24 Jun 2022, 11:03
Yarpaq dolması alimlərin “qara siyahı”sında

Xərçəngə səbəb olan qidalarla bağlı dəfələrlə yazılmasına baxmayaraq, bu qidaların siyahısı hər gün bir az da genişlənir. Son araşdırmalar zamanı yarpaq dolması üçün istifadə olunan duza qoyulmuş üzüm yarpağı da bu siyahıya daxil edilib.

Duza qoyulmuş üzüm yarpağında həddən artıq miqdarda nitrat maddəsi olur. Qəbul etdikdə bu qidalar orqanizmdə xərçəng yaradan nitrozaminlərə çevrilir və DNA-nı zədələyir.

Araşdırmaya görə, rasionunda duza qoyulmuş yarpaq dolmasına geniş yer verən insanlarda mədə xərçəngi riski digərlərinə nisbətən qat-qat artıqdır.

Mədə xərçəngi yaradan digər qidalara isə şorabalar da daxil edilib. Əsasən şərq, həmçinin yerli mətbəximizdə geniş yer verilən marinə edilmiş meyvə və tərəvəzlər də mədə xərçənginə səbəb olur.

Təhlükə riskini azaltmaq üçün bu cür qidaları evdə, duz miqdarına nəzarət edərək hazırlamaq daha məqsədəuyğundur.




Baxış sayı: 348



OXŞAR XƏBƏRLƏR