QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 28 May 2022, 20:02
Dünyanın 20 ölkəsinin şəhərləri Rusiyanın şəhərləri ilə qardaşlığı kəsib

Dünyanın 20-dən çox ölkəsinin 150-dən artıq şəhəri Rusiyanın 160-dan artıq şəhəri ilə qardaşlıq münasibətini kəsib.

Qalanews xəbər verir ki, məlumatı Ukrayna Xarici İşlər Nazirliyi yayıb.

Məlumata görə, daha on ölkə Rusiya ilə bu istiqamətdə münasibəti kəsməyə hazırlaşır.

ABŞ, Avstraliya, Avstriya, Almaniya, Böyük Britaniya, Danimarka, Estoniya, İspaniya, İtaliya, Yunanıstan, Kanada, Latviya, Litva, Norveç, Peru, Polşa, Portuqaliya, Sloveniya, Finlandiya, Çexiya, İsveç, Niderlandın şəhərləri bu addımı atıb.

Bundan başqa, bir müddət əvvəl Baltik Şəhərləri İttifaqı Rusiyanın Sankt-Peterburq və Qatçin şəhərlərinin təşkilatın tərkibindən çıxarıblar. Onların yerinə Ukraynanın Vivnyansk şəhəri assosiativ üzv kimi qəbul edilib.




Baxış sayı: 302



OXŞAR XƏBƏRLƏR