QALA NEWS

28 Mart Cümə axşamı

Bakı 8˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 28 May 2022, 16:56
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan "TEKNOFEST Azərbaycan" festivalına qatılıblar

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında iştirak edirlər.

Qalanews xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan “TEKNOFEST Azərbaycan” Festivalının keçirildiyi məkana gəliblər.

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar çıxış edərək Festival barədə məlumat verib, tədbirin Azərbaycanda yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib.

Dünya şöhrətli türkiyəli alim, Nobel mükafatı laureatı professor Əziz Sancar çıxış edərək Türkiyə-Azərbaycan qardaşlığı və dostluğunun əhəmiyyətini vurğuladı, “TEKNOFEST Azərbaycan” Festivalının təşkilinə görə minnətdarlığını ifadə edib.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edib.

Daha sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

Çıxışlardan sonra Festivalın müxtəlif müsabiqələr üzrə qaliblərinin mükafatlandırma mərasimi olub.

Mükafatları qaliblərə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və Nobel mükafatı laureatı professor Əziz Sancar təqdim ediblər.

Prezidentlər İlham ƏIiyev, Rəcəb Tayyib Ərdoğan və görkəmli alim Əziz Sancar xatirə fotosu çəkdiriblər.

Dövlət başçılarına və Əziz Sancara “TEKNOFEST Azərbaycan” Festivalının xatirə hədiyyələri təqdim olunub.

Birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan, həmçinin Sümeyyə Bayraktar və Arzu Əliyeva xatirə fotoları çəkdirilbər.

Sonra hər iki qardaş ölkənin rəsmi nümayəndələri birgə foto çəkdiriblər.

Mərasimdən sonra Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan, birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan sərgi zonasındakı pavilyonlarla tanış olublar.




Baxış sayı: 276



OXŞAR XƏBƏRLƏR