QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 28 May 2022, 11:35
Türkiyənin Vitse-prezidenti: “Qarabağdakı dağıntıları aradan qaldırmağı əsas vəzifə hesab edirik”

“Ötən il prezidentlərimizin imzaladığı “Şuşa Bəyannaməsi” ilə əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırmaq iradəmizi qətiyyətlə təsdiqlədi. Qarabağda Azərbaycan bayrağının dalğalandığı hər bir nöqtədə işğal illərinin izlərini silməyi, dağıntıları aradan qaldırmağı və bölgəni şərəfli illərinə qaytarmağı özümüzə başlıca vəzifə bilirik”.

Qalanews xəbər verir ki, bunu Türkiyənin Vitse-prezidenti Fuat Oktay deyib.

“Bütün aidiyyəti qurumlarımız işğaldan azad edilmiş ərazilərin müasir şərtlərə uyğun yenidən qurulması, zədələnmiş infrastrukturun və yolların bərpası, rabitə və enerji xətlərinin yenilənməsi, hərbi-təhlükəsizlik sahəsində əməkdaşlıq üçün azərbaycanlı qardaşlarımızın yanındadır.

Xoşbəxtik ki, Heydər Əliyevdən miras qalan “bir millət, iki dövlət” anlayışına uyğun olaraq qardaşlığımızın tələblərini yerinə yetiririk. Bu dostluqdan aldığımız güclə bütün dünyaya bir daha bəyan edirik ki, biz tək millət olaraq gələcəyə ümidlə baxırıq və bir-birimizdən güclənərək gələcəyi birlikdə formalaşdırırıq”, - Türkiyənin Vitse-prezidenti əlavə edib.




Baxış sayı: 248



OXŞAR XƏBƏRLƏR