QALA NEWS

23 Aprel Çərşənbə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 28 May 2022, 15:40
ABŞ-ın paytaxtında 28 may tarixi Azərbaycanın Müstəqillik Günü elan edilib

ABŞ-ın paytaxtı Vaşinqton şəhərinin meri Myuriel Bouzer 28 mayın Azərbaycanın Müstəqillik Günü elan edilməsi barədə bəyannamə imzalayıb.

Qalanews xəbər verir ki, bəyannamədə Azərbaycanın dünyada qadınlara səsvermə hüququ verən ilk müsəlman dövləti olması vurğulanır.

Sənəddə eləcə də Azərbaycanın 1918-ci il mayın 28-də müstəqilliyini elan etməsi vurğulanır.

Eyni zamanda bu il Azərbaycanın müstəqilliyini bərpa etməsindən 31 il, ABŞ ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasından isə 31 il keçdiyi vurğulanır.

Bəyannamədə həmçinin azərbaycanlıların dünyanın 70 ölkəsində yaşadığını vurğulanır. Qeyd edilir ki, Azərbaycan icmasının 70 min üzvü zəngin mədəniyyətlərini və irslərini Kolumbiya dairəsinin sakinləri ilə bölüşürlər.






Baxış sayı: 497



OXŞAR XƏBƏRLƏR