QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 27 May 2022, 22:47
"Türkiyə ilə Azərbaycan arasında hərbi təlimlər davam edəcək"

"Türkiyə ilə Azərbaycan arasında hərbi təlimlər davam edəcək".

Qalanews APA-ya istinadən bildirir ki, bu barədə Türkiyənin Milli müdafiə naziri Hulusi Akar Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun sədrliyi ilə nümayəndə heyətləri arasında keçirilən görüşdə deyib.

Azərbaycan Silahlı Qüvvələrinin işğal altında olan torpaqları azad etdiyi "Bir Vətən əməliyyatı" ilə iki ölkə arasındakı dostluq və qardaşlığın daim möhkəmləndiyini ifadə edən nazir Akar "iki dövlət, bir millət" anlayışı ilə hərəkət etməyə davam etdiklərini bildirib.

Türkiyənin Azərbaycana dəstəyinin keçmişdə olduğu kimi bundan sonra da artacağını bildirən Akar hərbi təlimlərin də davam edəcəyini bildirib.

Milli müdafiə naziri Akar əlavə edib ki, Qarabağ zəfəri Qafqazın tarixində çox mühüm yer tutur.




Baxış sayı: 284



OXŞAR XƏBƏRLƏR