QALA NEWS

24 Aprel Çərşənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 27 May 2022, 15:52
Milli Məclis hərbçilərin sığortası ilə bağlı qanuna dəyişikliyi I oxunuşda qəbul edib

Azərbaycanda hərbçilərin sosial sığorta sistemində fərdi uçotunun aparılması qaydası müəyyənləşir.

Bununla bağlı “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə xidmətkeçmənin xüsusiyyətləri nəzərə alınmaqla kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları və işçiləri, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin işçiləri və "Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan digər işçilərin və şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunun isə kağız daşıyıcılar vasitəsilə aparılması, elektron informasiya sistemində əks olunmayan məlumatların sosial sığorta ödəmələrində nəzərə alınması üçün sığortaçı tərəfindən sığortaolunandan müvafiq məlumatları kağız daşıyıcılarda tələb edilməsi təklif olunur.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.




Baxış sayı: 291



OXŞAR XƏBƏRLƏR