QALA NEWS

18 Aprel Cümə axşamı

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 26 May 2022, 12:38
Ukrayna BQ: "Rusiya qoşunları mülki obyektləri və yaşayış məntəqələrini atəşə tutur"

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Rusiya qoşunlarının anbarına və 10-dək yüngül zirehli texnikanın yerləşdiyi mövqelərinə zərbə endirib, “Orlan-10” tipli 5 PUA-sını məhv edib.

Qalanews xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Rəsmi informasiyaya görə, son sutkada Donetsk və Luqansk vilayətləri istiqamətlərində Rusiya ordusunun 10 hücumunun qarşısı alınıb, 4 tank, iki artilleriya sistemi, döyüşçülərin zirehli maşını, avtomobil və xüsusi texnikası məhv edilib.

Bundan başqa, Ukraynanın hava hücumundan müdafiə bölmələri rəqibin iki qanadlı raketini vuraraq sıradan çıxarıb.

Baş Qərargahdan bildirilib ki, Rusiya qoşunları Ukraynanın Krivoy Roq bölgəsi istiqamətində Nikolayevka yaşayış məntəqəsinə uğursuz hücum edib. Rəqib Osokorivki, Trudolyubka və Dobryanka rayonlarındakı yaşayış məntəqələrini, mülki obyektləri atəşə tutub.




Baxış sayı: 279



OXŞAR XƏBƏRLƏR