QALA NEWS

25 Aprel Cümə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 21 May 2022, 18:33
Xidmət rəisi: "Hazırda Azərbaycanda kiber hücumların 70 %-ni fişinq hücumları təşkil edir"

Hazırda Azərbaycanda vətəndaşlara yönəlmiş kiber hücumların əsas hissəsini - yəni 70 %-ni fişinq hücumları təşkil edir.

Qalanews xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Şahin Əliyev deyib.

Onun sözlərinə görə, zəng, SMS və elektron poçt üzərindən kiber dələduzlar müxtəlif sosial mühəndislik texnikalarından istifadə edərək vətəndaşlara aid fərdi məlumatları və maliyyə vəsaitlərini ələ keçirməyə çalışırlar:

"Ötən dövr ərzində saxta zərg vasitəsi ilə vətəndaşların bank məlumatlarının ələ keçirilməsi ilə biz tez-tez qarşılaşırdıq. Bu halların aradan qaldırılması ilə bağlı, biz, mobil operatorlarla birliktə tədbirlər həyata keçirdik və nəticədə bu kimi halların sayı kəskin şəkildə azalıb".

Ş. Əliyev bildirib ki, ümumiyyətlə fişinq hücumları, yeni deyil, hələ 90-cı illərdən bu növ hücumlar təşkil edilməyə başlanılıb: "2000-ci illərin əvvəllərində mən özümdə bu hücumlara məruz qalmışdım. Bu hücumların müxtəlif növləri var". 




Baxış sayı: 288



OXŞAR XƏBƏRLƏR