QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 21 May 2022, 10:30
“The Economist”in qorxulu üz qabığı dünya gündəmində

Dünyaca məşhur "The Economist" dərgisinin sonuncu sayında istifadə etdiyi üz qabığı dünya gündəminə düşüb.

Qalanews "qafqazinfo"ya istinadən xəbər verir ki, dərginin "The coming food catastrophe" ("Yaxınlaşan qida fəlakəti") sərlövhəsi buğda sünbülü fonunda üz qabığında əksini tapıb.

Ancaq illüstrasiyada sünbülün üzərindəki buğda dənələri kəllələr şəklində təsvir olunub.

"Rusiyanın Ukraynaya təcavüzü həssas dünyanı kütləvi aclığa sürükləyir. Dövlətlər birlikdə hərəkət etmədikcə qıtlıq və kütləvi aclıq baş qaldıracaq", - dərginin sosial şəbəkə hesabında bildirilib.

Qeyd edək ki, dərgi 2019-cu ildə - hələ COVID-19 ortaya çıxmamışdan əvvəl pandemiyanı qapaq şəklinə çıxarmışdı. Əvvəlki illərdə qapaq fotoları ilə gələcəkdə olacaq hadisələri təxmin edən dərginin son qapağı dünyada müzakirələrə səbəb olub.




Baxış sayı: 247



OXŞAR XƏBƏRLƏR