QALA NEWS

18 Aprel Cümə axşamı

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 19 May 2022, 22:29
Azərbaycanla İran arasında neft-qaz sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İranın neft naziri Cavad Övci ilə görüşüb.

Azərbaycanın İrandakı Səfirliyindən verilən məlumata görə, görüşdə Azərbaycan ilə İran arasında Türkmənistan qazının İran ərazisi vasitəsilə Azərbaycana nəqli-mübadiləsi üzrə layihənin uğurlu həyata keçirilməsindən, neft və qaz sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.

Müştərək layihələrin hər iki ölkə üçün faydası və əlaqələrin möhkəmlənməsində önəmi vurğulanaraq bu istiqamətdə işlərin davam etdirilməsi qərarlaşdırılıb.




Baxış sayı: 301



OXŞAR XƏBƏRLƏR