QALA NEWS

23 Aprel Çərşənbə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 19 May 2022, 22:24
Azərbaycan parataekvondoçusu Avropa üçüncüsü olub

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov Böyük Britaniyanın Mançester şəhərindəki Avropa çempionatında bürünc medal qazanıb.

58 kq-da çıxış edən idmançı mübarizəyə 1/4 finaldan başlayıb. Bu mərhələdə özbəkistanlı Sanjarbəy Muntorova qalib gələn Zeynalov yarımfinala adlayıb və bürünc medalı təmin edib.

Finala gedən yolda onun rəqibi türkiyəli Əli Özcan olub. Rəqibinə uduzan Azərbaycan təmsilçisi 3-cü yerlə kifayətlənib.

Qeyd edək ki, 47 kq-da mübarizə aparan qadın parataekvondoçu Röyalə Fətəliyeva isə startda Türkiyə idmançısı Nurcihan Ekinci ilə dueldən məğlub ayrılaraq, medalsız qalıb.




Baxış sayı: 267



OXŞAR XƏBƏRLƏR