QALA NEWS

28 Mart Cümə axşamı

Bakı 8˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 19 May 2022, 15:01
Gürcüstan hökuməti “Borjomi”nin səhmdarı ola bilər

“IDS Borjomi” şirkəti səhmlərinin bir hissəsini təmənnasız olaraq Gürcüstan hökumətinə təklif edib.

Qalanews xəbər verir ki, bu barədə şirkətdən bildirilib.

Qeyd olunub ki, “IDS Borjomi International” şirkəti Gürcüstan hökumət ilə danışıqlar zamanı səhmlərin bir hissəsini qarşı tərəfə təqdim olunması ilə bağlı rəsmi təklif irəli sürüb. Bu addım Gürcüstan hökumətinə beynəlxalq şirkətin idarəçiliyində iştiraka imkan verəcək.

Bildirilib ki, regionda son zamanlar baş verən neqativ hadisələr “IDS Borjomi International” şirkəti üçün çətinliklər yaradıb və bunun nəticəsində Borjomi şəhərindəki iki qablaşdırma zavodunda istehsal dayandırılıb: “Nəticədə mindən çox insan işini itirmək təhlükəsi ilə üz-üzə qalıb. Gürcüstan hökuməti təklifi qəbul edəndən sonra “IDS Borjomi” şirkəti zavodlarda istehsal prosesini və iqtisadi fəaliyyətini bərpa edə biləcək”.

“IDS Borjomi” şirkətinin iki qablaşdırma zavodunda istehsal prosesi aprelin 30-dan müvəqqəti dayandırılıb. Şirkət səhmlərinin Rusiyaya məxsusluğu səbəbindən sanksiyalara məruz qalıb və ciddi maliyyə problemləri ilə üzləşib. Şirkət bu ayın əvvəlində 49 əməkdaşını ixtisar edib.



report




Baxış sayı: 277



OXŞAR XƏBƏRLƏR