QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 17 May 2022, 14:16
SON DƏQİQƏ: Azərbaycanda eks deputatın evi yandı

Bu gün Şəmkir şəhərində iki mərtəbəli evdə yanğın hadisəsi baş verib.

Qalanews qaynarinfo-ya istinadən bildirir ki, yanan ev eks-deputat Sona Əliyevaya məxsus olub.

Belə ki, vətəndaş Fuad Taptıq oğlu Süleymanova məxsus ümumi sahəsi 280 kvadratmetr olan ikimərtəbəli beşotaqlı fərdi yaşayış evinin birinci mərtəbəsindəki qarajda yanğın olub. Nəticədə qarajın yanar konstruksiyaları və içərisindəki avadanlıqlar ümumilikdə 20 kvadratmetr sahədə yanıb, ev yanğından mühafizə olunub.

Qeyd edək ki, Fuad Süleymanov Sona Əliyevanın qayınatasıdır.




Baxış sayı: 895



OXŞAR XƏBƏRLƏR