QALA NEWS

19 Mart Çərşənbə axşamı

Bakı 9˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 16 May 2022, 17:49
İlham Əliyev Kraliça II Elizabetə at hədiyyə etdi - FOTOLAR

12-15 may 2022-ci il tarixlərdə Böyük Britaniyada keçirilən ənənəvi "Vindzor Kral Atçılıq Şousu” tədbirləri çərçivəsində Böyük Britaniya və Şimali İrlan­diya Birləşmiş Krallığının Kraliçası II Elizabetə Azərbaycan Atçılıq Federasiyasının prezidenti Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətini Vindzor sarayında qəbul edib.

Qalanews xəbər verir ki, "Vindzor Kral Atçılıq Tədbirləri” çərçivəsində Azərbaycan təmsilçilərinin çıxışlarını hər zaman böyük maraqla izləyən Ülyahəzrət Kraliçaya Azərbaycan Prezidenti cənab İlham Əliyevin hədiyyəsi – "Şöhrət” adlı Qarabağ atı təqdim olunub. 

Kraliçaya hədiyyə olunan at Vindzor qəsrinə gətirilərək haqqında bütün məlumatlar əks olunan sertifikatla birgə yeni sahibinə təhvil verilib.

Daha sonra Azərbaycanın tanınmış heykəltaraşı Faiq Hacıyevin yaratdığı "Alxan” adlı Qarabağ, "Qalxan” adlı Dilbaz atlarının heykəl­ləri Ülyahəzrət Kraliçaya hədiyyə olunub.

Ülyahəzrət II Elizabet hədiyyəyə görə təşəkkürlərini ifadə etmiş, "Vindsor Kral At Şousu” tədbirlərində ənənəvi iştiraka görə minnətdarlığını bildirib.




sferaaz




Baxış sayı: 565



OXŞAR XƏBƏRLƏR