QALA NEWS

28 Mart Cümə axşamı

Bakı 8˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 16 May 2022, 15:01
İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib

Bu gün İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Nozirinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

Qalanews xəbər verir ki, səfərin məqsədi İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransında iştirak etməkdir.

Qeyd edək ki, sabah- mayın 17-də Bakıda Milli Məclisin inzibati binasında İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının üçüncü ümumi konfransı keçiriləcək.

Tədbirdə Türkiyə, Pakistan, İran, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın parlament rəhbərlərinin başçılığı ilə nümayəndə heyətləri iştirak edəcəklər.

İştirakçılar əvvəlcə İƏTPA-nın İcraiyyə Şurasının, həmçinin qurumun Ticarət və İqtisadi Əməkdaşlıq Təşkilatı Ticarət Sazişi üzrə, Kommunikasiya və əlaqələndirmə üzrə və Qadın, gənclər və mədəni məsələlər üzrə komitələrinin iclasları keçiriləcək.

Milli Məclisin plenar iclas zalında keçiriləcək İƏTPA-nın Üçüncü Ümumi Konfransında “Post-pandemiya dövründə əməkdaşlıq: çağırışlar və bərpa imkanları” mövzusu müzakirə olunacaq, post-pandemiya dövründə görüləcək işlər barədə fikir mübadiləsi aparılacaq.




Baxış sayı: 294



OXŞAR XƏBƏRLƏR