QALA NEWS

28 Mart Cümə axşamı

Bakı 8˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 16 May 2022, 11:03
Məşhur yazar: “Azərbaycanın haqqını yedilər”

"Harri Potter" kitabının müəllifi Coan Roulinq sosial şəbəkədə "Avroviziya 2022" mahnı müsabiqəsinin nəticələri ilə bağlı paylaşımlar edib.

Qalanews Axşam.az-a istinadən xəbər verir ki, o, tvitter hesabında Azərbaycanın yarışmadakı çıxışına da toxunub. Ölkəmizi daha ön pillərdə görən yazıçı "Azərbaycanın haqqını yedilər" şərhini yazıb.

Qeyd edək ki, "Avroviziya" mahnı müsabiqəsində münsif səsverməsi zamanı texniki problemlər yaşanıb. Azərbaycandan səsləri İTV-nin aparıcısı Nərmin Salmanova yox, Martin açıqlayaraq ölkəmizin 12 xalı Böyük Britaniyaya verdiyini bildirib. N.Salmanova isə "Sabaha saxlamayaq" verilişində Azərbaycanın həmin xalı əslində Ukraynaya göndərdiyini vurğulayıb.

Yarışmanın qalibi isə "Stefania" mahnısı ilə Ukraynanın "Kaluş" qrupu olub. Ölkəmizi "Avroviziya 2022"də təmsil edən Nadir Rüstəmli isə "Fade to black" mahnısı ilə 106 xal toplayaraq 16-cı sırada qərarlaşıb.




Baxış sayı: 319



OXŞAR XƏBƏRLƏR