QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 15 May 2022, 16:40
İngiltərəli futbolçu "Liverpul"un tarixinə düşüb

"Liverpul"un futbolçusu Cordan Henderson İngiltərə klubunun tarixinə düşüb.

32 yaşlı yarımmüdafiəçi Mersisayd təmsilçisində 6 fərqli titul əldə edən ilk kapitan olub.

Yurgen Kloppun baş məşqçi olduğu komanda son olaraq İngiltərə Kubokunun finalında "Çelsi"ni əsas və əlavə vaxtı qolsuz başa çatan görüşün penaltilər seriyasında 6:5 hesabı ilə üstələyib.

Qeyd edək ki, Henderson daha əvvəl "Liverpul"la İngiltərə Premyer Liqasını, UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu, İngiltərə Liqa Kubokunu və klublararası dünya çempionatını qazanıb.




Baxış sayı: 285



OXŞAR XƏBƏRLƏR