QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 15 May 2022, 16:38
Ədəndə generalın korteji partladılıb

Yəmənin hökumət qüvvələrinin komandanlarından birinin korteji ölkənin müvəqqəti paytaxtı Ədən şəhərində hücuma məruz qalıb.

Bu barədə Qalanews “Əl-Ərəbiyə”yə istinadən xəbər verir.

Belə ki, kamikadze avtomobil karvanının keçdiyi yolda minalanmış avtomobili partladıb. Kortejdə olan nəqliyyat vasitələrinin birində 4-cü hərbi dairənin birgə əməliyyatlarının komandanı general Saleh Əli Həsən olub.

2012-ci ildən bu vəzifəni tutan general xəsarət almayıb. Onun mühafizəçiləri arasında yaralıların olması barədə xəbərlər var, lakin bu da hələ təsdiqini tapmayıb. Bu, son iki ayda Ədəndə üçüncü belə hadisədir.




Baxış sayı: 295



OXŞAR XƏBƏRLƏR