QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 14 May 2022, 14:59
Baş nazirdən çörəyin qiyməti ilə bağlı mühüm QƏRAR

Ölkəmizə idxal olunan çörək mayaları, hazır çörəkçilik tozları gömrük rüsumundan azad edilib. Bununla bağlı Baş nazir qərar imzalayıb. Bəs çörəyin hazırlanmasında istifadə olunan bu əlavələrin gömrük rüsumundan azad edilməsi çörəyin qiymətinə necə təsir edəcəkmi?

Qalanews Xəzər TV-yə istinadən xəbər verir ki, bu gündən etibarən çörək mayaları dövlət rüsumundan azad edilib.

Bu, Baş nazir Əli Əsədovun imzaladığı qərarda öz əksini tapıb. İlin sonuna kimi qüvvədə olacaq, yəni müvəqqəti xarakter daşıyan bu dəyişiklik dünya bazarlarında taxıl məhsullarının bahalaşması ilə əlaqələndirilir. Rusiya və Ukrayna arasında davam edən müharibə səbəbindən dünya ixracatçıları öz taxıl ehtiyatlarına kvota qoyublar. İqtisadçı ekspert Fuad İbrahimov məhz un məhsullarının yerli istehsalında əlavə bahalaşmaların qarşısnı almaq üçün bu cür addımların atıldığını deyir.

Qida eksperti Fuad Ağayev də düşünür ki, xəmir mayalarının gömrük rüsumundan azad edilməsi un məmulatlarının qiymətinə cüzi də olsa təsir edəcək.

Bundan başqa, Azərbaycana idxal edilən bir sıra tərəvəz bitkilərinin toxumları, balıqdan və ya xərçəngkimilərdən, molyusklardan və ya digər su onurğasızlarından narın və qaba üyüdülmüş un və qranullar da gömrük rusumundan azad edilib. Qərar 2022-ci il dekabrın 31-dək qüvvədə olacaq.




Baxış sayı: 3123



OXŞAR XƏBƏRLƏR