QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 14 May 2022, 22:13
Hindistan taxıl ixracını dayandırıb

Bu gündən Hindistanda taxıl ixracını qadağan edən qərar qüvvəyə minib.

Qalanews TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Ticarət və Sənaye Nazirliyinin Xarici Ticarət Baş İdarəsi məlumat yayıb.

Bu qərar daxili bazarda qiymətlərin artmasına nəzarət tədbirləri çərçivəsində qəbul edilib.

Hindistan bu ilin mart ayında aparıcı taxıl ixracatçısı olmaq üçün yaxın gələcəkdə ciddi addımlar atacağını bəyan edib. Bununla belə, ölkədə taxıl yetişdirilən ərazilərdə havaların kəskin isti keçməsi daxili bazarda bu məhsulun qıtlığı ilə bağlı narahatlıq yaradıb.

Bu il Hindistanda ötən illə müqayisədə 2,5% çox - 111,3 milyon ton taxıl yığılıb. Hazırda ölkənin anbarlarında nəzərdə tutulandan, təxminən, 2 dəfə çox - 28,3 milyon ton taxıl ehtiyatı var.

Ötən il Hindistan planlaşdırdığından 5,5 dəfə çox - 6,1 milyon ton taxıl ixrac edib. Bu il bu rəqəmin 4 milyon ton olması nəzərdə tutulub. Hindistan tədarükçüləri taxılın tonunu 300 ABŞ dollarından baha satır.



report




Baxış sayı: 685



OXŞAR XƏBƏRLƏR