QALA NEWS

28 Mart Cümə axşamı

Bakı 8˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 14 May 2022, 16:30
Qazaxıstanın daha bir futbolçusu Azərbaycan millisi ilə oyunu buraxacaq

Qazaxıstan seçməsi iyunda Azərbaycan və Slovakiya yığmalarına qarşı UEFA Millətlər Liqasının qrup oyunlarından əvvəl daha bir itki ilə üzləşib.

"Taraz"da çıxış edən Nurlan Dairov sıradan çıxıb.

27 yaşlı müdafiəçi Qazaxıstan Premyer Liqasındakı növbəti iki turu və yığmanın oyunlarını buraxacaq.

Klub Dairovun hazırda zədəsi ilə bağlı müalicə aldığını və bərpa prosesindən keçəcəyini açıqlayıb.

Qeyd edək ki, daha əvvəl komandanın 9 aparıcı üzvünün UEFA Millətlər Liqasındakı ilk iki tur matçlarını buraxacağı bəlli olub. Qazaxıstan millisi iyunun 3-də Azərbaycanı qəbul edəcək, bundan 3 gün sonra isə Slovakiyanın qonağı olacaq.




Baxış sayı: 484



OXŞAR XƏBƏRLƏR