QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 14 May 2022, 14:46
Azərbaycanın ağırlıqqaldırma üzrə daha bir çempionu müəyyənləşib

Bakının Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən Azərbaycan çempionatının ikinci yarış günündə yaşı 17-dək olan ağırlıqqaldıranlar arasında 55 kq çəki dərəcəsində medalçılar müəyyənləşib.

Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, toplam 178 kq (78 kq + 100 kq) nəticə ilə Qazax idmançısı Amin Osmanov qızıl medal qazanıb.

Toplam 174 kq nəticə nümayiş etdirən iki atletdən Ramil Kazımov (82 kq + 92 kq) gümüş, Dəniz Cabbarlı (78 kq + 96 kq) bürün medalçı olub.

Qeyd edək ki, Azərbaycan çempionatına bütün şəhər və rayonların idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-dək yeniyetmə atlet qatılıb. Bu gün yaşı 15-dək olan oğlanlarda 61 və 67 kq, yaşı 17-yə qədər oğlanlarda isə 55 kq, 61 kq və 67 kq çəki dərəcələrində qaliblərin adlarına aydınlıq gələcək.




Baxış sayı: 326



OXŞAR XƏBƏRLƏR