QALA NEWS

18 Aprel Cümə axşamı

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 14 May 2022, 14:08
"Qarabağ" klubu mövsüm ərzində qol sayını 100-ə çatdıra bilər

"Qarabağ" klubu cari mövsüm vurduğu qolların sayını 100-ə çatdıra bilər.

 Qurban Qurbanovun baş məşqçi olduğu komanda indiyədək bütün turnirlərdə 98 dəfə fərqlənməyə müvəffəq olub.

"Köhlən atlar" Azərbaycan Premyer Liqasında 65, ölkə kubokunda 15, UEFA Konfrans Liqasında isə 18 dəfə rəqib qapılarına yol tapıb.

Ağdam təmsilçisi daxili yarışlarda 80 dəfə qol sevinci yaşayıb. Azərbaycan Premyer Liqasında 8, ölkə kubokunda 2, Konfrans Liqasında 1 dəfə böyükhesablı qələbə əldə edən komandanın daxili yarışlardakı qollarının sayını 100-ə çatdırması real görünmür.

"Qarabağ" mövsümün sonunadək 3 oyun keçirəcək. Ağdam komandası mayın 15-də XXVII turda "Səbail"lə, mayın 21-də sonuncu turda "Neftçi" ilə, mayın 27-də isə Azərbaycan Kubokunun finalında "Zirə" ilə görüşəcək. Ümumi qol sayını 100-ə çatdırmaq üçün bu qarşılaşmalarda cəmi 2, daxili yarışlarda 100 həddinə çatmaq üçün isə 20 qol vurmaq lazımdır.




Baxış sayı: 272



OXŞAR XƏBƏRLƏR