QALA NEWS

25 Aprel Cümə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 14 May 2022, 12:22
Rusiyalı idman funksioneri yenidən IBA prezidenti seçilib

Beynəlxalq Boks Assosiasiyasının (IBA) rəhbəri Umar Kremlyov növbəti müddətə qurumun prezidenti seçilib.

Qalanews IBA-nın rəsmi tviter hesabına istinadən xəbər verir ki, bu, qurumun Fövqəladə Konqresinin ikinci günündə gerçəkləşib.

Hazırda IBA-nın İdarə Heyəti və komitələri üçün seçkilər keçirilir.

Qeyd edək ki, Umar Kremlyov IBA-ya 2020-ci ildən rəhbərlik edir. 40 yaşlı funksioner 2017 - 2021-ci illərdə Rusiya Boks Federasiyasının baş katibi vəzifəsində çalışıb.




Baxış sayı: 239



OXŞAR XƏBƏRLƏR