QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 13 May 2022, 19:03
"Etilen-polietilen" zavodu gələn həftə öz işini bərpa edəcək

Gələn həftə, martın 16-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azerkimya" İstehsalat Birliyinin "Etilen-polietilen" zavodu planlı təmir işləri üçün dayanmadan sonra öz işini bərpa edəcək.

Bu barədə zavodun direktoru Oqtay Niftəliyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, zavod oz fəaliyyətini planlı şəkildə bu ilin aprelin 4-də Heydər Əliyev adına Neft Emalı Zavodu (xammal tədarükçü müəssisə - red.) ilə birlikdə dayandırıb.

O.Niftəliyev onu da əlavə etdi ki, bu dayanmadan öncə zavod 1,5 il dayanmadan çalışıb.

O qeyt etdi ki, NEZ öz fəaliyyətini bərpa etmədiyi halda da, zavodun kifayət qədər xammal ehtiyatı var ki, öz işini gələn həftənin birinci günü bərpa etsin.

Qeyd edək ki, "Etilen-polietilen" zavodunda 2016-cı ildən, genişmiqyaslı yenidənqurma və modernizasiya işləri həyata keçirilir. Layihə nəticəsində "Azərikimya" İB-də əsas məhsullar üzrə faktiki istehsal həcmi iki dəfə, bəzi məhsullar üzrə isə üç dəfə artacaqdır.




Baxış sayı: 299



OXŞAR XƏBƏRLƏR