QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 13 May 2022, 15:20
İpoteka və Kredit Zəmanət Fondunun mənfəəti iki dəfəyə yaxın artıb

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 2021-ci ili 14,046 milyon manat mənfəətlə başa vurub.

Qalanews Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci ilə nisbətən 94,3% çoxdur.

Ötən il İKZF-nın faiz gəlirləri 56,252 milyon manat (əvvəlki illə müqayisədə 35,6 % çox), faiz xərcləri 28,550 milyon manat (34,7% çox), gözlənilən kredit zərəri 5,479 milyon manat (14,9% çox), haqq və komissiya gəlirləri 1,451 milyon manat (67,7% çox), haqq və komissiya xərcləri 1,048 milyon manat (10,3 % az), digər gəlirləri 1,058 milyon manat (9,2 % çox), insan resursları üzrə xərclər 5,178 milyon manat (5,3 % çox), inzibati və digər xərcləri isə 4,459 milyon manat (10,3 % çox) təşkil edib. Fond mənfəət vergisi ödəməyib.

Bu il yanvar ayının 1-nə İKZF-nın aktivləri 2 012,197 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 13,2 % çoxdur. Bunun 1 409,846 milyon manatı müştərilərə verilmiş ipotek kreditləridir. 2021-ci ildə Fondun kredit portfeli 23,9 % böyüyüb.

Hesabat dövründə İKZF-nın öhdəlikləri 16 % artaraq 1 111,533 milyon manata, o cümlədən buraxdığı qiymətli kağızların dəyəri 15,2 % artaraq 1 080,760 milyon manata, balans kapitalı isə 9,8 % artaraq 900,664 milyon manata, o cümlədən nizamnamə kapitalı 25,3% artaraq 798 milyon manata çatıb.

Xatırladaq ki, İKZF ölkə prezidentinin 25 dekabr 2017-ci il tarixli fərmanı ilə, "Azərbaycan İpoteka Fondu" və "Kredit Zəmanət Fondu" ASC-lərin birləşmə formasında yenidən təşkili yolu ilə yaradılıb. 




Baxış sayı: 504



OXŞAR XƏBƏRLƏR