QALA NEWS

28 Mart Cümə axşamı

Bakı 8˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 13 May 2022, 13:17
Azərbaycan dəmir yolu ilə beynəlxalq yükdaşıma xidmətini bahalaşdıra bilər

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) beynəlxalq yük daşımalarının qiymətlərinə yenidən baxa, bu xidmətini bahalaşdıra bilər.

Qalanews xəbər verir ki, bunu səhmdar cəmiyyətinin Yükdaşımalar departamentinin rəisi Emil Əhmədov bildirib.

"Yeni sifarişlərdə qiymət artımının tərəfdarıyıq. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) iclası çərçivəsində dəhlizdə yükdaşımaların qiymətinin artımı ilə bağlı protokol imzalamışıq. Bu günə qədər Azərbaycan üzərindən daşınan yüklərdə qiymət artımı həyata keçirməsək belə, yükdaşıma ilə bağlı yeni müraciətlərdə qiymət artımına baxıla bilər”, - deyə o, qeyd edib.

"Dəmir yolları ilə daha sürətli daşıma həyata keçirilir. İndiyə qədər yükdaşımalarla bağlı bu qədər sifariş əldə etməmişdik. Əsas məsələ Azərbaycan üzərindən keçən yükün dayanıqlılığını təmin etməkdir. Yəni, geosiyasi vəziyyətin dəyişməsindən sonra yüklərin Azərbaycanda qalması məsələsi çox önəmlidir. Bunun üçün isə yükün rahat və vaxtında daşınması lazımdır", - deyə ADY rəsmisi əlavə edib.




Baxış sayı: 279



OXŞAR XƏBƏRLƏR