QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 11 May 2022, 14:49
İsrail hərbçilərinin açdığı atəş nəticəsində "Al-Jazeera"nın müxbiri ölüb

İsrail hərbçiləri mayın 11-də İordan çayının qərb sahilində keçirdikləri əməliyyat nəticəsində “Al-Jazeera” telekanalının müxbiri Şirin Əbu Akla ölüb.

Qalanews “newsru”ya istinadən xəbər verir ki, bu baradə TSAXAL-ın Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə hərbçilərin Cenindəki qaçqın düşərgəsində terrorda şübhəli bilinən şəxsin tutulması ilə bağlı keçirdiyi əməliyyat zamanı baş verib. Belə ki, bu zaman atışma olub.

Fələstin tərəfi bildirib ki, İsrail hərbçilərinin açdığı atəş nəticəsində “Al-Jazeera”nın müxbiri Şirin Əbu Akla başından yaralanıb. O, xəstəxanaya aparılsa da, həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, hərbçilərin açdıqları atəş nəticəsində daha bir neçə jurnalist və digər mülki şəxslər yaralanıb.

Qeyd edək ki, Şirin Əbu Akla 1971-ci ildə Qüdsdə anadan olub. O, 1997-ci ildən Qətərin “Al-Jazeera” telekanalında işləyir.



report




Baxış sayı: 489



OXŞAR XƏBƏRLƏR