QALA NEWS

25 Aprel Cümə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 11 May 2022, 18:33
Ötən il 47 min ailəyə ünvanlı dövlət sosial yardım verilib

Azərbaycanda keçən il üçün Ünvanlı Dövlət Sosial Yardımı (ÜDSY) alan ailələrin sayı açıqlanıb.

Qalanews Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2021-ci il üzrə hesabatına istinadən xəbər verir ki, həmin dövrdə ÜDSY alanların sayı 47 min ailə və ya 202 min ailə üzvü olub.

Bir ailəyə düşən sosial yardımın orta aylıq məbləği ümumilikdə sosial yardım alan ailələr üzrə 280 manat təşkil edib. Bu göstərici isə 2020-ci illə müqayisədə 17 faiz çoxdur. “Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsi prosedurunun sadələşdirilməsi barədə” Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 432 nömrəli Qərarına uyğun olaraq, hərbi vəziyyət müddətində Gəncə və Naftalan şəhərlərində, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən və Gədəbəy rayonlarında ÜDSY alınması üçün “Ünvanlı yardım” (VEMTAS) altsisteminə müraciət edən 2271 ailəyə maddi-məişət şəraitinin müayinəsi aparılmadan avtomatlaşdırılmış qaydada təyinat verilib.

“Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli Sərəncamına əsasən ölkə üzrə 2021- ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 manat məbləğində birdəfəlik maddi yardımın ödənilməsi təmin edilib. Bu məqsədlə 4,5 milyon manat vəsait istifadə edilib. ÜDSY təyin edilməsi məqsədilə 2022-ci il üçün ehtiyac meyarının həddi 2021-ci ildəki 170 manatdan 17,6 faiz və ya 30 manat artırılaraq 200 manat məbləğində müəyyən edilib.




Baxış sayı: 504



OXŞAR XƏBƏRLƏR