QALA NEWS

18 Aprel Cümə axşamı

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 11 May 2022, 15:01
Kinematoqrafçılar İttifaqının sədrliyinə Rasim Balayevin namizədliyi təsdiqlənib

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin ümumi iclası keçirilib.

Bu barədə açıqlamasında yaradıcı təşkilatın katibi Əli İsa Cabbarov deyib.

Onun sözlərinə görə, iclas zamanı Xalq yazıçısı Anar Rzayev mərhum Rüstəm İbrahimbəyovun yerinə Xalq artisti Rasim Balayevi namizəd kimi təqdim edib.

AKİ-nin katibi bildirib ki, iclas iştirakçıları Rasim Balayevin namizədliyini yekdilliklə təsdiqləyib.

Əli İsa Cabbarov həmçinin qeyd edib ki, may ayının son ongünlüyündə, 20-30 may tarixləri arasında Azərbaycan Kinematoqrafçılar İttifaqının Ümumi iclası keçiriləcək və səsvermə rəsmiləşdiriləcək: "Eyni zamanda iclasda Rüstəm İbrahimbəyovun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı tədbirlərin keçirilməsi müzakirə olunub. Təklif kimi Rüstəm İbrahimbəyovun məqalələrinin toplusu, sənədli film, Kino muzeyinin yaradılması təşəbbüsü göstərilir. Bu təşəbbüslərin müəyyən hissəsini Azərbaycan Kinematoqrafçılar İttifaqı özü maliyyələşdirəcək. Bəzilərinin reallaşdırılması ilə bağlı isə ölkə rəhbərliyinə müraciət olunacaq”.

Qeyd edək ki, R.Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. O, ilk dəfə Bakı kinostudiyasında "Ulduzlar sönmür" əsərində kiçik bir rolda çəkilib. Oynadığı "Nəsimi", "Babək" və "Dədə Qorqud" filmlərindəki rollarda tamaşaçıların sevgisini qazanıb. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışıb. Böyük və çətin rollardan əlavə R.Balayev kiçik rollarda da oynayıb. "Bu şirin söz, azadlıq", "Sənin birinci saatın", "Xoşbəxtlik səhnəsi", "Mən hələ qayıdacağam", "Birisigün gecəyarısı" kimi filmlərdə o, epizodik rol oynayıb. "Özbəkfilm", "Mosfilm" və başqa studiyalarda filmlərə çəkilib.




Baxış sayı: 301



OXŞAR XƏBƏRLƏR