QALA NEWS

25 Aprel Cümə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 30 Apr 2022, 10:30
Bu ölkədə maska qadağası iyunun 15-dək uzadılıb

İtaliyada COVID-19 epidemiyasına qarşı tədbirlər çərçivəsində ictimai nəqliyyatda və bütün qapalı məkanlarda qoruyucu maskalardan istifadə öhdəliyi iyunun 15-dək davam edəcək.

Qalanews AZƏRTAC-a istinadən bildirir ki, bu barədə İtaliyanın səhiyyə naziri Roberto Speranza qərar imzalayıb.

Yeni qaydaya əsasən, ictimai nəqliyyatda, qatarlarda, təyyarələrdə, bərələrdə, şəhərlərarası avtobuslarda, eləcə də kinoteatr, teatr və bütün qapalı məkanlarda maskalardan istifadə tələbi qüvvədə qalacaq.

"Gimbe" Fondunun məlumatına görə, aprelin 20-26-sını əhatə edən dövrdə ölkədə koronavirusa gündəlik yoluxma sayı əvvəlki həftə ilə müqayisədə 22,7 faiz artıb.

Xatırladaq ki, İtaliyada martın 31-dən etibarən COVID-19-la bağlı xüsusi karantin rejimi ləğv edilib.




Baxış sayı: 649



OXŞAR XƏBƏRLƏR