QALA NEWS

17 Aprel Çərşənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 10 Apr 2022, 20:52
Evinin sənədi olmayan şəxslərə ŞAD XƏBƏR - VİDEO

On minlərlə vətəndaşın daşınmaz əmlakla bağlı illərlə yığılan problemləri həll ediləcək. Onlar müvafiq sənədləri təqdim etməklə mənzillərinə və torpaq sahələrinə çıxarış ala biləcəklər.

Qalanews xəbər verir ki, söhbət sovet dövründə və müstəqilliyin ilk illərində müxtəlif dövlət orqanları tərəfindən verilmiş sənədlərin də daşınmaz əmlakın qeydiyyatı üçün hüquqi əsas kimi qəbul edilməsindən gedir.

Prezident İlham Əliyevin bununla bağlı fərmanını şərh edən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimovanın sözlərinə görə, Zəhmətkeş Deputatları Sovetlərinin, eləcə də kənd və qəsəbə Sovetlərinin, İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı əsasında yerli icra nümayəndələrinin torpaq sahəsinin bölüşdürülməsinə dair qərarları, kolxozların qaytanlanmış kitablarında aparılmış torpaq qeydləri yeni Fərmanla mülkiyyət hüquqlarının əhatə dairəsinə alınmış oldu.

Prezidentin ikinci bir fərmanı ilə isə təbii fəlakət, qəzalar və hərbi əməliyyatlar nəticəsində dağılmış evlərin sahiblərinin daşınmaz əmlakın qeydiyyatı ilə bağlı problemi də həll ediləcək. Bu səbəblərdən evləri dağılan vətəndaşlara dövlət yeni mənzillər versə də, həmin mənzil və torpaq sahələrinin mülkiyyət hüququnu təsdiq edən sənədin verilməsi qanunvericiliklə mümkün olmurdu. Ancaq bu Fərmanla bu problem aradan qalxdı.

Qurum rəsmisi onu da bildirib ki, artıq bu barədə tədbirlər planı hazırlanıb və planda istər təbii fəlakətlər, istərsə də düşmən hücumları nəticəsində dağılmış evlərin tikildiyi kənd və qəsəbələrdə səyyar avtobuslar vasitəsilə vətəndaşlara yerində xidmət göstərilməsi nəzərdə tutulur.





Baxış sayı: 8576



OXŞAR XƏBƏRLƏR