QALA NEWS

24 Aprel Çərşənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 26 Jan 2022, 19:21
"Övladlarım iki gündür acdır, bir ana kimi kömək istəyirəm" - Üç övladı olan ailənin köməyə ehtiyacı var

Sulutəpə qəsəbəsində acınacaqlı şəkildə yaşayan və himayəsində üç azyaşlı övladı olan bir ailə var.

Ailə başçısı Fariz İsmayılov Qalanews-a maraciətində bildirib ki, onların təcili köməyə ehtiyacı var:

"İş olanda gedib fəhlə işləyirəm.Əlimdən başqa bir iş gəlmir.İndi iş də, yoxdur.Ailəm çox çətinlik çəkir.Üç övladım var.Onlara baxa bilmirəm.Həyat yoldaşımın da, bir sənəti və ya təhsili yoxdur.Dəfələrlə iş üçün müraciət etmişik lakin bir nəticə olmayıb.Sosial yardım almıram.Qışın günündə gördüyünüz bu daxmada yaşayırıq."

Farizin həyat yoldaşı bildirir ki, körpələr iki gündür ki, acdır: "Uşaqlarım yemək istəyir verə bilmirik.Çox çətin vəziyyətdəyik.Yoldaşım işsizdir deyə başqa gəlir yerimiz yoxdur.Nə sosial yardım nə də, bir müavinət almırıq.Bizə kömək etməyinizi istəyirik.Yoldaşım işlə təmin olunsa yaxşı olar.Hal-hazırda evdə ərzağımız da, yoxdur.Hər gün uşaqları aldadıb yatırdıram.Müvafiq qurumlardan və xeyriyyəçi şəxslərdən bir ana kimi kömək istəyirəm".

Müşahidələrimiz onu göstərir ki, sözü gedən ailə məhdud şəraitli bir evə, çox çətin sosial şərtlər altında yaşayır.Ailəyə kömək etmək istəyən şəxslər birbaşa həmin ailə ilə əlaqə saxlaya bilər. 


Əlaqə nöm: +994 70 295 50 95

Kart hesabı: Kapital Bank 6768 6771 7402 4525






Baxış sayı: 448



OXŞAR XƏBƏRLƏR