QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 26 Jan 2022, 14:55
SON DƏQİQƏ: Rusiya Qara dənizə donanma çıxardı - Ukrayna "tətikdə"

Rusiya Hərbi Dəniz Donanmasının Sevastopol və Novorossiyskidə yerləşən 20-dən çox gəmisi, döyüş katerləri təlimdə iştirak etmək üçün Qara dənizə yan alıblar.

Qalanews TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Qara dəniz Donanmasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yanvar-fevral aylarında Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanı admiral Nikolay Yevmenovun başçılığı ilə bütün bölgələrdə planlaşdırılmış silsilə təlim keçirilir. Təlimlər Rusiyaya yaxın dünya okeanlarının vacib rayonlarında baş tutur. Ayrı-ayrılıqda Aralıq, Şimal, Oxot dənizlərində, Atlantik və Sakit okeanların şimal-şərqində hərbi tədbirlər reallaşdırılır. Bu tədbirlərdə 140-dan arıq döyüş gəmiləri, 60-dan çox PUA, 1000 həbi texnika, 10 minə yaxın hərbçi iştirak edir.

Qeyd edək ki, yanvarın 26-da Şimal Dəniz Donanmasının döyüş gəmiləri təlimdə iştirak etmək üçün Barens dənizinə çıxarılıb.



report




Baxış sayı: 1156



OXŞAR XƏBƏRLƏR