QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 25 Jan 2022, 19:03
İraq İranla səhiyyə sahəsində əməkdaşlığa dair saziş imzalayıb

İraq və İran arasında səhiyyə sahəsində əməkdaşlıqla bağlı saziş imzalanıb.

Qalanews TASS-a istinadən xəbər verir ki, bu barədə “Ababeel” xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, 10 il müddətinə nəzərdə tutulan müqaviləni İraq və İran Qızıl Aypara cəmiyyətlərinin nümayəndələri imzalayıblar.

Sənədə tibbi avadanlıqların və müxtəlif dərman vasitələrinin, o cümlədən koronavirus infeksiyasına qarşı vaksinlərin istehsalı və ixracı daxildir.

Bundan əlavə, tərəflər İraq və İranda müalicə turizminin inkişafı ilə bağlı razılığa gəliblər.

Sənədə əsasən, iranlı zəvvarlar İraqın Kərbəla, Nəcəf və Samirə şəhərlərində güzəştli şərtlərlə lazımi tibbi xidmətlər ala biləcəklər. İraq vətəndaşları da öz növbəsində İrandakı reabilitasiya mərkəzlərini sərbəst ziyarət etmək imkanı əldə edəcəklər.

Tərəflər həmçinin tibb kadrlarının hazırlanması və səhiyyə sektorunda böhranların idarə olunması mexanizmlərinin inkişafı üçün bir sıra təhsil müəssisələri yaratmaq niyyətindədirlər.




Baxış sayı: 282



OXŞAR XƏBƏRLƏR