QALA NEWS

18 Aprel Cümə axşamı

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 24 Jan 2022, 22:52
Rusiyada koronavirus pandemiyasının beşinci dalğası başlayıb

Rusiyada koronavirus pandemiyasının beşinci dalğası başlayıb.

Qalanews AZƏRTAC-a istinadən bildirir ki, koronavirus infeksiyasının yayılması ilə mübarizə üzrə Rusiya operativ qərargahının məlumatına əsasən, bir gündə ölkədə 65 109 nəfərdə, təkcə Moskvada 19 509 nəfərdə COVID-19 aşkar edilib. Bu, pandemiyanın bütün dövrü ərzində ən yüksək göstəricidir.

Sutka ərzində 655 nəfər dünyasını dəyişib, 21 714 xəstə sağalıb.

Beləliklə, Rusiyada koronavirus xəstələrinin ümumi sayı 11 milyon 173 min 300 nəfərə, ölənlərin sayı isə 326 767 nəfərə çatıb.

Koronavirus xəstələrinin sayına görə Rusiya ABŞ, Hindistan, Braziliya, Böyük Britaniya və Fransadan sonra altıncı yeri tutur.




Baxış sayı: 285



OXŞAR XƏBƏRLƏR