QALA NEWS

25 Aprel Cümə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 25 Jan 2022, 11:51
Kor qadına mikroçip taxdılar

Böyük Britaniyada 88 yaşlı qadın göz implantının köməyi ilə görmə qabiliyyətini bərpa edib.

Qalanews oxu.az-a istinadən bildirir ki, Londonun Dagenham qəsəbəsi sakini ölkədə göz çipi taxılan ilk xəstə olub. Coğrafi atrofiyadan əziyyət çəkən təqaüdçü sol gözünün görmə qabiliyyətini itirib. Prima Sisteminin köməyi ilə ona yenidən görmə imkanı verilib.

Britaniya və Fransa mühəndislərinin birgə ixtira etdiyi cihaz çip və xüsusi eynəkdən ibarətdir. İki millimetr ölçülü implant birbaşa xəstənin tor qişasının altına qoyulur və başına eynək taxılır. Çip şəkil çəkmək üçün kameradan istifadə edir və təsvirləri kompüterə ötürür.

Sonuncu isə görüntünü tor qişa hüceyrələri vasitəsilə beyinə qaytarır. Beyin siqnalı təbii görmə ilə eyni şəkildə qəbul edir.

Həkimlərin sözlərinə görə, bu əməliyyatın müvəffəqiyyəti və tədqiqat zamanı toplanan məlumatlar bir çox insanın görmə qabiliyyətini bərpa etməyə imkan verir.




Baxış sayı: 269



OXŞAR XƏBƏRLƏR