QALA NEWS

28 Mart Cümə axşamı

Bakı 8˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 25 Jan 2022, 11:30
Təyyarənin təkərində qaçan adam Amsterdam hava limanında sağ tapıldı

Cənubi Afrikanın Yoxanesburq şəhərindən qalxan və Hollandiyanın paytaxtı Amsterdamın "Schiphol" hava limanına enən təyyarənin təkər hissəsində qaçan bir nəfər sağ tapılıb.

Qalanews bildirir ki, BBC yazır ki, qaçan şəxs yük təyyarəsinin qabaq təkər hissəsində aşkarlanıb və vəziyyəti stabil olaraq xəstəxanaya yerləşdirilib. Hollandiya polisi bildirir ki, kişinin yaşı və milliyyəti hələ müəyyən edilməyib.

Məlumatlara görə, bazar günü Yoxanesburqdan "Schiphol"a uçan "Cargolux" yük reysi yalnız Keniyanın paytaxtı Nayrobidə dayanıb. Həmin şəxsin təyyarəyə Cənubi Afrikada, yoxsa Keniyada mindiyi məlum deyil.

Qeyd edək ki, Yoxanesburq şəhərindən Amsterdama uçuşlar təxminən 11 saat çəkir. Yüksək hündürlükdə havanın soyuqluğu və aşağı oksigen səbəbindən uzun məsafəyə uçuşlarda qaçanların sağ qalması qeyri-adi haldır.



milliaz




Baxış sayı: 274



OXŞAR XƏBƏRLƏR