QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 25 Jan 2022, 10:32
Bu ölkədə ətirli elektron siqaretlərin satışı qadağan olunur

Litva parlamenti iyul ayından etibarən elektron siqaret və bu siqaretlər üçün nəzərdə tutulmuş tərkibində hər hansı bir ətir olduğu halda mayeli kartriclərin satışını qadağan edəcək.

Qalanews AZƏRTAC-a istinadən xəbər verir ki, bu qanun layihəsinin müəllifləri atılan analoji addımın Litvada getdikcə populyarlaşan elektron siqaretlərin satışını azaltmaq məqsədi daşıdığını bildiriblər.

Litvalı deputatlar "Tütün, tütün məmulatları və əlaqədar məmulatlara nəzarət haqqında" qanuna düzəlişləri 92 səs lehinə, 9 səs əleyhinə, 9 səs bitərəf olmaqla qəbul ediblər.

Bundan əlavə, Litvada elektron siqaretlərin və bu siqaretlər üçün nəzərdə tutulmuş, tərkibində kofein və ya taurin, enerji və impuls ilə əlaqəli stimullaşdırıcı birləşmələr olan mayeli katriclərin idxalına da qadağa qoyulub.




Baxış sayı: 282



OXŞAR XƏBƏRLƏR