QALA NEWS

28 Mart Cümə axşamı

Bakı 8˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 24 Jan 2022, 14:30
"Marsel" rəsmiləri "Qarabağ"ın oyununu izləməyə gələcək

Fransanın "Marsel" klubunun rəsmiləri UEFA Konfrans Liqasının pley-off mərhələsində rəqibi "Qarabağ"ın oyununu izləmək üçün Bakıya gəlməyi planlaşdırır.

Ağdam təmsilçisinin Mətbuat Xidmətindən verilən məlumata görə, səfər fevralın 17-dək baş tutacaq.

"Marsel"in nümayəndələri artıq bir dəfə Bakıda olublar. Onlar otellərə və oteldən stadiona olan məsafəyə baxış keçiriblər.

Qeyd edək ki, "Qarabağ" "Marsel" komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək. Ağdam komandası Marseldəki matçadək fevralın 1-də və 12-də "Keşlə" ilə Azərbaycan Kubokunun 1/4 final görüşlərində, fevralın 7-də isə "Neftçi" ilə Premyer Liqanın XV tur qarşılaşmasında üz-üzə gələcək.




Baxış sayı: 284



OXŞAR XƏBƏRLƏR