QALA NEWS

25 Aprel Cümə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 24 Jan 2022, 12:51
Alman admiralın adı qara siyahıya salındı

Almaniya Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Kay-Akxim Şönbax Ukraynanın "Mirotvorets" saytının siyahısına salınıb.

Qalanews Axar.az-a istinadən xəbər verir ki, buna səbəb Şönbaxın Ukrayna əleyhinə çıxışları olub.

Şönbax Krımın heç vaxt Ukraynanın tərkibinə daxil olmayacağı və ölkənin NATO-nun üzvlük meyarlarına cavab verə bilməyəcəyi barədə açıqlama verib.

Qeyd edək ki, "Mirotvorets" saytına ölkə ərazisindəki qondarma respublikalara yardım edənlərin, qondarma respublikanın döyüşçülərinin, vətən xainlərinin, eləcə də Krıma qanunsuz səfər edənlərin adları yüklənilir.




Baxış sayı: 291



OXŞAR XƏBƏRLƏR