QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 23 Jan 2022, 23:12
"Mançester Yunayted"in oyunundan sonra 4 azarkeş həbs olunub

"Mançester Yunayted" və "Vest Hem" komandaları arasında İngiltərə Premyer Liqasının XXIII tur oyunundan sonra 4 azarkeş həbs olunub.

Qalanews "Mirror" nəşrinə istinadən xəbər verir ki, buna fanatların matçın keçirildiyi "Old Trafford" stadionunda xuliqanlıq edərək iğtişaş törətmələri səbəb olub.

Onlardan biri təcili tibbi yardım işçisinə hücum etməkdə şübhəli bilinərək saxlanılıb. Digərləri isə ictimai yerdə spirtli içki qəbul etmək, kokain saxlamaq, meydançaya yad əşyalar atmaqda günahlandırılırlar.

Qeyd edək ki, oyun "Mançester Yunayted"in 1:0 hesablı qələbəsi ilə başa çatıb.




Baxış sayı: 296



OXŞAR XƏBƏRLƏR