QALA NEWS

20 Aprel Şənbə

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 22 Jan 2022, 13:01
Himalay dağlarında buzlaqlar sürətlə əriyir

Böyük Britaniyanın bir neçə universiteti alimlərin Himalay dağlarında buzlaqların əriməsi ilə bağlı həyəcanverici nəticələr doğuran araşdırmalarını təqdim edib.

Qalanews bildirir ki, araşdırmaların nəticələrinə görə, Himalay dağlarında buzlaqların ərimə sürəti əvvəlki yeddi yüzilliklə müqayisədə son dörd onillikdə 10 dəfə artıb.

Qeyd edək ki, Himalay "üçüncü qütb" adlanır: bu dağ silsiləsi Antarktida və Arktikadan sonra dünyada üçüncü ən böyük buz qatına malikdir. Bu bölgələrin hər ikisi kimi, Himalay da iqlim dəyişikliyinin təsirinə məruz qalır yaşayır. Kiçik Buz Dövrünün başlanmasından (XIV əsr) ötən 700 il ərzində Himalay buzlaqları ərazisinin təxminən 40 faizini itirib.

Buz örtüyünün nazikləşmə sürəti son illərdə daha da artıb. Ən sürətli buz itkisi Şərqi Nepal və Butanda müşahidə olunur. Alimlər artıq xəbərdarlıq edirlər ki, əriyən buzlaqlar Cənubi Asiyada milyonlarla insanın taleyini həll edəcək kənd təsərrüfatını və əkin sahələrinin su təchizatını təhlükə altına alır. Uzunmüddətli perspektivdə isə proses dəniz səviyyəsinin qalxması ilə nəticələnə bilər.



AZƏRTAC




Baxış sayı: 293



OXŞAR XƏBƏRLƏR