QALA NEWS

28 Mart Cümə axşamı

Bakı 8˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 22 Jan 2022, 10:15
Böyük Britaniyada koronavirusun omikron ştammının yeni alt növü aşkarlanıb

Böyük Britaniyanın tibb orqanları ölkədə ilkin təhlillərə görə daha da sürətlə yayılan BA.2 - koronavirusunun omikron ştammının yeni alt növünü müəyyən ediblər.

Qalanews Trend-ə istinadən bildirir ki, bu barədə məlumatı Birləşmiş Krallıq Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) verib.

İndiyədək ölkədə yeni ştamla 426 yoluxma halı qeydə alınıb, onlardan 146-sı Londonda, daha 97-si isə Cənub-Şərqi İngiltərə bölgəsindədir. Qeyd olunur ki, BA.2 növünə ilk yoluxma 2021-ci il dekabrın 6-da Böyük Britaniyada qeydə alınıb.

Məlumata görə, ümumilikdə bu ştamm 40 ölkədə müşahidə olunub və dünyada ona yoluxma hallarının ümumi sayı 8 mini ötüb, bununla belə virusun mənşəyini və ilk yoluxma yerini müəyyənləşdirmək hələlik mümkün deyil.




Baxış sayı: 271



OXŞAR XƏBƏRLƏR