QALA NEWS

20 Aprel Şənbə

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 21 Jan 2022, 12:16
Kirayədə qalanlara ŞAD XƏBƏR: 350 AZN kirayə pulu veriləcək

Xəbər verdiyimiz kimi, Nizami rayonu ərazisində yaşayışa tam yararsız olan 11 bina sökülür. Yararsız binalardan biri də Rüstəm Rüstəmov 88-98 ünvanında yerləşən binadır.

Qalanews xəbər verir ki, "ARB TV" binanın son vəziyyəti ilə bağlı bina sakinləri ilə görüşərək söhbətləşib. Sakinlər evlərdə istilik sistemi olmadığını və binaların yaşayışa yararlı olmadığını bildiriblər. 1960-cı ildə istifadəyə verilən və indiyədək 90 ailənin yaşadığı bina yaşayış üçün tam yararsız olduğundan söküləcək və yerinə müasir standartlara cavab verən yeni bina tikiləcək.

Sakinlərə daşınma pulu ödəniləcək. Həmçinin proses davam edənədək 90 ailənin 2 il müddətində aylıq 350 manat kirayə haqqı qarşılanacaq.

Qeyd edək ki, ərazidəki 11 bina mərhələli şəkildə söküləcək. İlkin mərhələdə 4, növbəti mərhələdə isə 6 bina söküləcək.



Dayaz




Baxış sayı: 13966



OXŞAR XƏBƏRLƏR